Xocalıların kompakt şəkildə müvəqqəti
məskunlaşdıqları Goranboy rayonunun Aşağı
Ağcakənd
qəsəbəsinin girişində salınmış
Bayraq Meydanı qarşısında
şəhidlərimizin
xatirəsinə inşa edilən abidə-bulağın açılış
mərasimi oldu. Şəhid ailələrinin
təşkilatçılığı, Xocalı rayon İcra Hakimiyyətinin
mənəvi dəstəyi
ilə inşa edilən abidə-bulağın açılışında Xocalı
rayon İcra Hakimiyyətinin
başçısı Şahmar
Usubov, millət vəkili Elman Məmmədov,
idarə-müəssisə
rəhbərləri, rayon ictimaiyyətinin
bir qrup üzvləri və şəhid
ailələri iştirak etdilər.
Tədbiri
giriş sözü
ilə açan Xocalı rayon İcra Hakimiyyəti
başçısının
müavini,
İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin
müdiri Lamiyə Qarayeva bildirdi ki, xalqımızın Qarabağı yağı tapdağından azad etmək
arzusu və amalı 44 günlük
haqq savaşımızla yerinə
yetdi. Canlarını Vətən uğrunda fəda edən
igid oğullarımız
adlarını qızıl hərflərlə tarixə
yazdılar. Şəhidlərimizin
xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Bu gün açılışını etdiyimiz ehsan
bulağı şəhid
ailələrinə mənəvi
təskinlik verən
ziyarət yerlərindən
biridir.
Sonra abidə-bulağın açılış
mərasimi oldu. Ehsan bulağı üzərinə gül dəstələri düzüldü, şəhidlərimizin xatirəsi ehtiramla yad edildi. Rayonumuzun rəhbəri Şahmar Usubov çıxışında bildirdi ki, Vətən
Müharibəsinin başlanması ilə milli qürurumuz
qorundu, həmin fəxrli anı bizlər yaşaya bildik. Azərbaycan
300 ildir ki, torpaq itiri-itirə tarixin yeni səhifələrini
varaqlayırdı. Ancaq son Zəfər
yürüşü bizi
məğlub damğasından
qurtardı. Bu qələbəni
bizə igid oğullarımız,
şəhidlərimiz
qismət etdi. Azərbaycan
xalqı şəhidlərimizi
böyüdən, boya-başa çatdıran, vətənpərvər ruhda oğullar yetişdirən
valideynlərə daim borcludur. Ona görə borcluyuq ki, onlar bizə doğmalarından əziz tutduqları ata-baba torpaqlarımızı, keçmiş qəbiristanlıqlarımızı qaytardılar. Bizim qalib xalq kimi yaşamağımıza səbəb oldular.
Daha sonra çıxış
edən millət vəkili
Elman Məmmədov qeyd etdi ki, Xocalı bütövlükdə şəhid rayonudur, Xocalı şəhid şəhərdir.
1988-ci ildən bu günə
qədər Xocalının
yeddi yüzə yaxın şəhidi var. Biz belə
abidələrdən doğma Xocalıda ucaldacağıq. Xocalının
hər kəndində,
hər küçəsində
belə gözəl abidələr
inşa edəcəyik.
Neçə-neçə şəhidlərimizin
meyiti Xocalıda meşələlərdə,
düzlərdə qaldı. Onların ruhları onda rahatlıq tapacaq ki, biz o yerləri
də düşməndən təmizləyəcəyik,
doğma Xocalımıza
qayıdacağıq. Bu dalğalanan Azərbaycan
Bayrağının üzərində Qalib
Azərbaycan Bayrağı sözü var. Bizim hər
birimizin adında Qalib Azərbaycan
vətəndaşı sözü var.
Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı Şəhriyar Quliyev Şanlı Qələbəmizə xalqımızın Ali Baş Komandanın, Orudumuzun yanında olması, igid oğulların hünəri sayəsində nail olduğumuzu vurğuladı. Vətən Müharibəsi iştirakçılarının qəhrəmanlığından danışdı.
Şəhid atası Kamran Nəsirov şəhid oğlu ilə və torpaq uğrunda canlarından keçən bütün şəhidlərimizlə fəxr hissi duyduğunu dedi. Vətən Müharibəsi ilə milli ideologiyamızın böyük uğurlar qazandığını diqqətə çatdırdı. Şəhid ailələri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.